"Türk Hava Yolları"nın təyyarəsində 17 sərnişində KORONAVİRUS ŞÜBHƏSİ
    • 25-02-2020, 14:43
    • 1 167

"Türk Hava Yolları"nın təyyarəsində 17 sərnişində KORONAVİRUS ŞÜBHƏSİ

Tehran-İstanbul aviareysini həyata keçirən Türk Hava Yolları təyyarəsinin 17 sərnişinində koronavirus şübhəsi olduğu üçün Ankara Esenboğa Hava Limanına təcili eniş edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bölgəyə çox sayda təcili yardım maşınları çağırılıb. Həmin şəxslər karantin altına alınıb.