“Türk Hava Yolları” Tehrana uçuşları ləğv etdi
    • 25-02-2020, 21:29
    • 977

“Türk Hava Yolları” Tehrana uçuşları ləğv etdi

“Türk Hava Yolları” bu günə nəzərdə tutulan Tehran-İstanbul aviareyslərini ləğv edib.


News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.


Qeyd edək ki, yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Tehran-İstanbul reysi üzrə təyyarəyə təkcə Türkiyə vətəndaşları qəbul edilirdi.