"Bu qətliamı pisləyirik" - TÜRKİYƏ XİN-DƏN XOCALI İLƏ BAĞLI AÇIQLAMA
    • 26-02-2020, 15:29
    • 1 398

"Bu qətliamı pisləyirik" - TÜRKİYƏ XİN-DƏN XOCALI İLƏ BAĞLI AÇIQLAMA

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, məlumatda deyilir:

"26 fevral 1992-ci ildə Ermənistan Respublikası qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə etdiyi hücumda 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirildi və yüzlərlə insan yaralandı. 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü. Bundan əlavə, mindən çox insan erməni qüvvələri tərəfindən əsir götürüldü. İtkin düşənlərin taleyi bu günə qədər də bəlli deyil.

"Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur oldu. Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

Bu qətliamı və illərlə Azərbaycan torpaqlarının işğalını pisləyirik.

28 il əvvəl azərbaycanlı qardaşlarımızın Xocalıda məruz qaldıqları qətliamın dərdini bölüşürük. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bir daha bütün Azərbaycan xalqına başsağlığı veririk".