35 meymun qruplaşıb insanlara hücum edirlər

35 meymun qruplaşıb insanlara hücum edirlər Dünya

Balidə onlarla vəhşi meymun insanlara hücum etməyə başlayıb.

News24.az xəbər verir ki, 35 meymundan ibarət dəstə halında olan heyvanlar yaşayış məntəqələrinə daxil olur, binalara ziyan vurur, internet kabellərini qoparır və hətta dini mərasimlərə mane olurlar.

Meymunlardan biri 9 yaşlı məktəbliyə hücum edib.

Məktəblərdən birində meymunlar dam örtüyünə ciddi ziyan vurublar.

Buna görə təmir işləri aparılana qədər dərslər müvəqqəti dayandırılıb.