Rusiya İrana uçuşları DAYANDIRIR
    • 27-02-2020, 17:53
    • 690

Rusiya İrana uçuşları DAYANDIRIR

Rusiya İrana uçuşları dayandırır.

News24.az "RİA"ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qərar İranda koronavirusa yoluxma və ölüm hallarının artmasından sonra verilib. 

Həmçinin vurğulanıb ki, qadağaya baxmayaraq "Aeroflot" və "Mahan Air" uçuşları davam etdirəcək. Aviaşirkətlər Şeremetovo Hava Limanının F terminalından istifadə edəcəklər.