Monqolustan prezidenti koronavirusa görə KARANTİNƏ ALINDI

Monqolustan prezidenti koronavirusa görə KARANTİNƏ ALINDI
Dünya

28 fevral 2020, 11:43

Mətn ölçüsü

Monqolustan prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.

Prezident Xaltmaa Battulqa ötən gecə Çindən qayıdıb.

Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb. O və Monqolustanın Xarici İşlər naziri 14 gün müddətində karantində olacaq.
Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub. /Stupnik/