USD 1.7
EUR 1.8737
TRY 0.2585
RUB 0.0214
  • Bakı 11°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 15°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 11°C
  • QUBA 9°C
  • NAXÇIVAN 7°C

Yaponiyada fövqəladə vəziyyət ELAN OLUNDU

Dünya

Mətn ölçüsü

Yaponiyanın Hokkaydo prefekturasında koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Yaponiyanın ən şimal prefekturası olan Hokkaydoda koronavirusun yayılması ilə əlaqədar sakinlərdən evdən çıxmamaq xahiş olunub.

“İnfeksiyanın qarşısını almaq üçün əlimizdən gələni etsək də, virus yayılmağa davam edir”, - prefekturanın rəhbəri Naomiçi Sudzuki açıqlayıb.
Məlumata görə, fövqəladə vəziyyət bu il martın 19-dək davam edəcək.

Qeyd edək ki, Yaponiyada indiyədək 226 koronavirus hadisəsi qeydə alınıb. Yoluxanlardan 5-i ölüb. /Report/

Xəbəri paylaş: