Boris Conson nişanlandı - ata olmağa hazırlaşır

Boris Conson nişanlandı - ata olmağa hazırlaşır
Dünya

29 fevral 2020, 22:20

Mətn ölçüsü

Böyük Britaniyanın Baş Naziri Boris Conson sevgilisi Kerri Saymondsla nişanlanıb.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə cütlüyü təmsil edən şəxs məlumat yayıb:

“Baş Nazir və xanım Saymonds nişanlandıqlarını elan etməkdən məmnunluq hiss edirlər. Onların, eyni zamanda, yayın əvvəlində uşağı olacaq”.

Qeyd edək ki, bu, 31 yaşlı Kerrinin ilk övladı olacaq. 54 yaşlı Boris Consonun isə əvvəlki həyat yoldaşı Marina Uilerdən 4 uşağı, nikahdankənar münasibətdə olduğu Helen Makintayrdan bir qızı var. İddialara görə, Consonun daha bir övladı da var.