Tacikistanda keçirilən parlament seçkiləri baş tutub
    • 1-03-2020, 16:16
    • 630

Tacikistanda keçirilən parlament seçkiləri baş tutub

Martın 1-də Tacikistan parlamentinin aşağı palatası - Məclisi Aliyə keçirilən seçkilər baş tutub.


News24.az xəbər verir ki, saat 15.00-ə olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib, bu da vətəndaşların 71,1 faizi deməkdir.


Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.
Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.