Bu ölkə koronavirusa görə Azərbaycandan uçuşları ləğv etdi
    • 2-03-2020, 10:29
    • 1 129

Bu ölkə koronavirusa görə Azərbaycandan uçuşları ləğv etdi

Azərbaycandan Qazaxıstana olan uçuşlar ləğv edilib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və infrastruktur inkişafı nazirinin müavini Berik Kamaliyevin hökumət iclasında məlumat verib. Bildirilib ki, martın 5-dən etibarən Nur-Sultan-Bakı aviareysi dayandırılacaq. Alma-Ata-Bakı marşrutu üzrə uçuşların sayı beşdən birə, Aktau-Bakı marşrutu üzrə yeddidən birinə qədər məhdudlaşdırılacaq. Qeyd edilib ki, uçuşların dayandırılması ilə əlaqədar olaraq, sərnişinlər biletləri cəriməsiz geri qaytara bilərlər.