"Apple" köhnə "iPhone" istifadəçilərinə 500 MİLYON TƏZMİNAT ÖDƏMƏYƏ HAZIRDIR

"Apple" köhnə "iPhone" istifadəçilərinə 500 MİLYON TƏZMİNAT ÖDƏMƏYƏ HAZIRDIR
Dünya

03 mart 2020, 10:00

Mətn ölçüsü

"Apple" şirkəti köhnə smartfonları bilərəkdən yavaşlatdıqlarını iddia edən istifadəçilərinə təzminat ödəyəcək. 

News24.az "Reuters"ə istinadən xəbər verir ki, şirkət "iPhone" sahiblərinə 310 ilə 500 milyon dollar arasında təzminat ödəməyə razılaşıb.

Bu qərar Kaliforniya ştatının San Jose şəhərindəki ABŞ-ın rayon hakimi Edvard Davila tərəfindən təsdiq edilməlidir.

Razılaşmaya əsasən, "Apple"hər smartfon sahibinə 25 dollar təzminat ödəməli olacaq. Bu vəziyyətdə ödənişin miqdarı artırıla və ya azala bilər.

İddiaçılar iOS 10.2.1 və ya daha yeni əməliyyat sistemi quraşdırılmış "iPhone 6", "6 Plus", "6s", "6s Plus", "7", "7 Plus" və "SE" smartfonlarının sahibləridir. Onlar proqram yeniləməsindən sonra avadanlıqların ləng işlədiyini iddia edirlər.

İddia edilib ki, şirkət bunu istifadəçilərin yeni smartfon və batareyaları almağa təşviq etmək üçün edib.

"Apple"dan bildirilib ki, köhnə telefonların performansının azalmasının səbəbi temperaturun dəyişməsi, həmçinin cihazdan istifadə intensivliyidir.