Moskvada koronavirusa ilk yoluxan şəxs sağalıb
    • 6-03-2020, 22:49
    • 1 144

Moskvada koronavirusa ilk yoluxan şəxs sağalıb

Moskvada koronavirusa yoluxan ilk xəstə sağalıb, tezliklə xəstəxanadan buraxılacaq.

News24.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

"Yaxşı məlumatımız var. İlk koronavirusa yoluxan xəstələ sağalıb. Artıq onda yeni virusun heç bir əlaməti olmadığı təsdiqlənib. Yaxın günlərdə sərbəst buraxılacaq”, - A.Rakova bildirib.

Qeyd edək ki, martın 6-da koronavirusun qarşısının alınması və nəzarəti üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada son bir gün ərzində 6 yoluxma qeydə alınıb - Nijni Novqorodda 1, Moskvada 5 hal.

Onların son iki həftə ərzində İtaliyaya səfər etdikləri bildirilib.