İranın 100 şəhərinə koronavirus yayılıb
    • 8-03-2020, 01:30
    • 777

İranın 100 şəhərinə koronavirus yayılıb

Koronavirus İranın 100 şəhərinə yayılıb.

News24.az xəbər verir ki, bunu İranın Koronavirusla Mübarizə Komitəsinin üzvü Həmid Suri İRNA-ya bildirib. O bildirib ki, virusun yayılmadığı şəhərlərin giriş-çıxışına nəzarət tətbiq edilməlidir.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.
Xatırladaq ki, İranda mindən çox şəhər var.
[/hide]