Türkiyə yenə silkələndi
    • 8-03-2020, 13:24
    • 905

Türkiyə yenə silkələndi

Türkiyənin Manisa əyalətində 3,4 bal gücündə zəlzələ olub.

News24.az “Haberturk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla martın 7-də saat 21:45 radələrində qeydə alınıb. Zəlzələnin episentri Ağhisar rayonunda, ocağı 15,7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.