İranda bir gündə koronavirusdan 50 nəfər öldü
    • 8-03-2020, 16:01
    • 937

İranda bir gündə koronavirusdan 50 nəfər öldü

İranda 24 saat ərzində koronavirusa yoluxmuş 50 nəfər ölüb.
 
News24.az-ın IRINN telekanalına istinadən xəbərinə görə, İran Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu il fevralın 19-dan indiyə kimi koronavirusdan 194 insan dünyasını dəyişib.
 
Bir sutka ərzində 50-yə yaxın insanın ölməsi faktı ilk dəfə qeydə alınıb.