"Ağır romantik”in Aslısı Azərbaycana təşəkkürünü BİLDİRDİ - FOTO
    • 9-03-2020, 14:51
    • 839

"Ağır romantik”in Aslısı Azərbaycana təşəkkürünü BİLDİRDİ - FOTO

“Ağır romantik” filminin Aslısı, tanınmış aktrisa Tuvana Türkay vətəninə qayıdıb.

News24.az xəbər verir ki, ölkəmizdən evinə məmnun dönən Türkay “İnstagram”da paylaşım edərək Azərbaycan haqda ürək sözlərini belə bildirib: “Təyyarədən endiyim andan içimdəki hüzurun bir səbəbi var imiş. Bir şəhər özünü məhz orda yaşayan insanlarıyla sevdirər. Bütün qəlbimlə Bakıda içimi isidən, gözəl gülüşlərini əsirgəməyən insanlara təşəkkürümü bildirmək istəyirəm. Sevgi ilə qalın...”

Qeyd edək ki, Tuvana Türkay iş xanımı Ruhi Əliyevanın ərsəyə gətirdiyi “Ağır romantik” filminin Bakıda baş tutan qala gecəsi ilə bağlı ölkəmizə gəlmişdi.

Sevda Bayramova