Turistlər koronavirusdan ödənişli üsulla MÜALİCƏ OLUNACAQLAR
    • 10-03-2020, 10:39
    • 662

Turistlər koronavirusdan ödənişli üsulla MÜALİCƏ OLUNACAQLAR

Koronavirusa yoluxan turistlər koronavirusdan ödənişli üsulla müalicə olunacaqlar.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, vətəndaşlar və ölkədə uzun müddət qalmaq üçün vizası olanlar yenə də pulsuz müalicə olunacaqlar. Qərar yalnız qısa zaman ərzində Sinqapurda olan xaricilərə şamil edilib. 

Buna baxmayaraq Sinqapurda hər kəs koronavirus testindən pulsuz keçə bilər.