Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış TƏXİRƏ SALINDI
    • 11-03-2020, 14:55
    • 613

Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış TƏXİRƏ SALINDI

Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi xidmətə yaz çağırışının vaxtı aprelin 13-ə təxirə salınıb.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.