Rusiyada 8, Ermənistanda 3 yeni yoluxma halı qeydə alındı
    • 12-03-2020, 01:30
    • 821

Rusiyada 8, Ermənistanda 3 yeni yoluxma halı qeydə alındı

Rusiyada 8 koronavirusa yeni yoluxma halı qeydə alınıb.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onların hamısı son 2 həftə ərzində İtaliyaya səyahət edənlərdir. Virusa yoluxanlardan biri uşaqdır. Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 28 oldu.

Ermənistanda isə daha 3 nəfərdə Covid-19 tapılıb. Onlardan ikisi 45 və 27 yaşlı Ermənistan vətəndaşı, digəri 51 yaşlı İtaliya vətəndaşıdır. Bununla da Ermənistanda koronavirus xəstələrinin sayı 4 olub.