Türkiyə və Rusiyadan Avropaya uçuşlarla bağlı - Qərar
    • 13-03-2020, 22:37
    • 777

Türkiyə və Rusiyadan Avropaya uçuşlarla bağlı - Qərar

Rəsmi Moskva martın 16-dan etibarən koronavirus təhlükəsi səbəbindən Avropa ölkələri ilə uçuşları müvəqqəti məhdudlaşdırır.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın İnfeksiyalara qarşı Mübarizə Operativ Qərargahının məlumatında deyilib. Bu qərar Avropa İttifaqı ölkələrinin paytaxt şəhərlərinə olan müntəzəm reyslərə, Rusiya vətəndaşlarının həmin ölkələrdən təxliyəsinə aid edilmir.

Türkiyə də koronavirus səbəbindən aprelin 17-dək 9 Avropa ölkəsinə (Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Hollandiya) uçuşları tamamilə dayandırıb.