İtaliya Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
    • 15-03-2020, 00:18
    • 898

İtaliya Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

İtaliya Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri koronavirusa yoluxub. 

News24.az bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.

“Bir neçə gün əvvəl mənim yoluxmaya şübhəli bilinən şəxslə əlaqəm olub. Test müsbət nəticə verib”, - o yazıb.

Nazir müavini qeyd edib ki, onun son müddətdə əlaqədə olduğu bütün əməkdaşlar özlərini yaxşı hiss edir və koronavirus pandemiyası ilə əlaqədar İtaliya Səhiyyə Nazirliyinin qaydaları əsasında hərəkət edirlər