Kraliça karantinə alındı
    • 15-03-2020, 16:00
    • 912

Kraliça karantinə alındı

Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) səbəbindən İngiltərədə ölənlərin sayı 21-ə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya kraliçası II Elizabet isə virusdan qorunmaq üçün işçiləri ilə birlikdə Bukinqem Sarayını tərk edib. Məlumata görə, 93 yaşlı kraliça və 98 yaşlı həyat yoldaşı Filip karantin altına alınıblar.

Qeyd edək ki, İngiltərədə 1143 nəfərin koronavirusa yoluxduğu bildirilib.