"Türk Hava Yolları"ndan xəbərdarlıq - BİLETLƏR BU ŞƏRTLƏRLƏ DƏYİŞİLƏ VƏ QAYTARILA BİLƏR
    • 16-03-2020, 13:11
    • 955

"Türk Hava Yolları"ndan xəbərdarlıq - BİLETLƏR BU ŞƏRTLƏRLƏ DƏYİŞİLƏ VƏ QAYTARILA BİLƏR

Azərbaycan və Türkiyə prezidentlərinin aldıqları ortaq qərara görə, Azərbaycan-Türkiyə arasındakı uçuşlar 15 mart 2020 tarixindən etibarən 31 mart 2020 tarixinə qədər ləğv edilib.

"Türk Hava Yolları"ndan News24.az-a verilən məlumata görə, bu dövrdə uçuşlara bilet almış sərnişinlər aşağıdakı şərtlərə dəyişiklik edə və geri qaytara bilərlər.

31 Marta qədər bir əməliyyat etmək şərtdir:

- Bileti eyni uçuşa və ya bölgədəki başqa bir nöqtəyə (məsələn, Praqa bileti olan Praqa ilə dəyişdirə bilərlər) istifadə edərək son 31 May 2020-ə qədər istifadə edə bilərlər.

- Bilet tarixi açıq qoyula bilər və istifadə müddəti 31 may 2020-ci ilə qədər uzadıla bilər.

- Uçmayacaq sərnişinlər qaydalardan asılı olmayaraq biletlərini geri qaytarmaqla gediş haqqını geri ala biləcəklər.

Biletlər üzrə dəyişdirmə-qaytarma əməliyyatları

- THY veb saytı vasitəsi ilə alınıbsa, aşağıda yerləşən zəng mərkəzi nömrələri ilə əlaqə saxlayaraq.

- Başqa bir internet agentliyindən alınsa, veb saytdakı əlaqə nömrələri ilə

- Hər hansı digər agentlik vasitəsilə alınan biletlər həmin agentliyə müraciət edərək.

Bakı və Gəncə ofislərimizə yalnız ofisdən verilən biletlərə kömək olunur.

Azərbaycandan Türkiyəyə dönmək istəyən Türk vətəndaşları üçün kafi tələb meydana gəlməsi vəziyyətində təxliyə uçuş planlaması keçiriləcəkdir.

Təxliyə halında yalnız Türkiyə vətəndaşları qəbul ediləcəkdir. Türkiyədə iclası olan Azərbaycan və başqa ölkə vətəndaşları qəbul edilə bilməməkdədir.

Təxliyə olunmaq istəyən Türkiyə vətəndaşlarının [email protected] ünvanına Ad-soyad, Pasport görüntüsü, Telefon - Email məlumatlarını göndərmələri lazımdır.

Uçuş planlaşdırılırsa, vaxt və şərtlər haqqında məlumat elektron poçtla veriləcəkdir.

"Türk Hava Yolları" Məlumat mərkəzi:
+994 12 404 8 849
+90 212 444 0 849