Ermənistanda fövqəladə vəziyyət ELAN OLUNDU
    • 16-03-2020, 15:49
    • 888

Ermənistanda fövqəladə vəziyyət ELAN OLUNDU

Ermənistan hökuməti koronavirusa görə ölkə üzrə bir ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan hökumətin növbədənkənar iclasında məlumat verib.

Onun sözlərinə görə, rejim martın 16-sı saat 17:00-dan aprelin 16-sı saat 09:00-dək davam edəcək. 

Xatırladaq ki, hazırda Ermənistanda virusa yoluxanların sayı 30 nəfərdir, 300 nəfər isə koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.
Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. /Report/