Zelenski Ukraynada metroların bağlanmasına göstəriş verib
    • 16-03-2020, 20:35
    • 682

Zelenski Ukraynada metroların bağlanmasına göstəriş verib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır. 


News24.az Strana.ua-ya istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib. 


“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, - deyə ölkə başçısı açıqlama verib.  

Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.