Türkiyədə hərbi məktəblər KORONAVİRUSA GÖRƏ BAĞLANDI

Türkiyədə hərbi məktəblər KORONAVİRUSA GÖRƏ BAĞLANDI
Dünya

17 mart 2020, 16:46

Mətn ölçüsü

Türkiyədə hərbi məktəblər 13 aprel tarixinə qədər bağlanıb.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib. O bildirib ki, bu addım koronavirusa qarşı görülən tədbirlər çərçivəsində atılıb:"Bu, daxili və beynəlxalq əməliyyatlara, sərhədlərin təhlükəsizliyinə və Türkiyə Silahlı Qüvvələrinin digər fəaliyyətlərinə mənfi təsir göstərməyəcək şəkildə tətbiq ediləcək".