Xarkovda koronavirusa görə METRO BAĞLANDI
    • 18-03-2020, 12:19
    • 643

Xarkovda koronavirusa görə METRO BAĞLANDI

Ukraynanın Xarkov şəhərində koronovirusdan qorunma məqsədi ilə bir sıra addımlar atılıb.

News24.az-ın əldə etdiyi məlumata görə ölkənin ən böyük şəhərlərindən hesab olunan Xarkovda metro fəaliyyətini dayandırıb. Bildirilib ki, metropoliten aprelin 3-də açılacaq.

Bununla yanaşı, "ATB" adlı super marketlərdə ərzaqlar limitlə satılır. Belə ki, alıcı içki məhsullarından ancaq 12 ədəd, çəki ilə verilən ərzaqlardan isə cəmi 5 kq əldə edə bilər.

Sevda Bayramova