Elazığda zəlzələ oldu

Elazığda zəlzələ oldu
Dünya

19 mart 2020, 23:09

Mətn ölçüsü

Türkiyənin Elazığ şəhərinin Sivricə rayonunda 5 bal gücündə zəlzələ olub.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 21,34 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və itki barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 37 nəfər dünyasını dəyişmişdi.