20 məhbus həbsxanadan qaçdı - ÖLƏN VAR
    • 20-03-2020, 10:47
    • 671

20 məhbus həbsxanadan qaçdı - ÖLƏN VAR

İranda 20 məhbus həbsxanadan qaçıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, hadisə Lurestan əyalətində baş verib. Qaçmağa cəhd edən daha 3 nərdən 1-i öldürülüb, digərləri isə yaralı olaraq saxlanılıb. 

Qaçan şəxslərin yüngül cinayətə görə saxlanıldığı, onların təhlükəli olmadığı açıqlanıb.