Dünyada koronavirusa yoluxanların sayı 332 930 nəfərə çatdı
    • 24-03-2020, 09:00
    • 962

Dünyada koronavirusa yoluxanların sayı 332 930 nəfərə çatdı

Dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 332 930 nəfərə çatıb, 14 510 nəfər isə bu virusun qurbanına çevrilib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində qeyd olunub.

Statistikaya görə, yoluxmuşların sayı gün ərzində 40 mindən çox artaraq 332 930-a, ölüm hallarının sayı isə 1727 nəfər artaraq 14 510-a çatıb. Ən çox yoluxma və ölüm Avropa bölgəsində qeydə alınıb - müvafiq olaraq 171 424 yoluxma və 8743 ölüm halı.