Gürcüstanda 28 Azərbaycan vətəndaşı KARANTİNDƏ SAXLANILIR

Gürcüstanda 28 Azərbaycan vətəndaşı KARANTİNDƏ SAXLANILIR
Dünya

24 mart 2020, 11:28

Mətn ölçüsü

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. 

Bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib. /APA/