Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı -44 ölü
    • 25-03-2020, 01:16
    • 992

Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı -44 ölü

Türkiyədə son sutka ərzində koronavirusa yoluxan və ölənlərin sayı növbəti dəfə artıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Son 24 saat ərzində 3952 test edilib, onlardan 343-ü müsbət nəticə verib. 7 nəfər dünyasını dəyişib”, - Qoca Tvitterdə yazıb.

Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 1872-yə, ölənlərin sayı isə 44-ə çatıb.