“Facebook”un işində problemlər yarandı

“Facebook”un işində problemlər yarandı
Dünya

25 mart 2020, 10:38

Mətn ölçüsü

“Facebook” istifadəçiləri sosial şəbəkənin işində problemləri yarandığını bildirib.

Bununla bağlı şikayətlər əsasən ABŞ, Braziliya, Peru, Meksika, Çili və Filippindən daxil olub.
Qeyd olunub ki, şikayət edənlərin 45 faizi sosial şəbəkədə xəbər lentini izləməkdə çətinlik çəkdiyini bildirib.
Bundan başqa, şikayətçilərin 32 faizi öz hesablarına daxil ola bilmədiyini, 22 faizi isə sosial şəbəkənin ümumiyyətlə işləmədiyini qeyd edib./Trend/