Şahzadə Çarlz KORONAVİRUSA YOLUXDU
    • 25-03-2020, 15:40
    • 856

Şahzadə Çarlz KORONAVİRUSA YOLUXDU

Britaniya Kral Ailəsinin üzvü şahzadə Çarlzın koronavirus testinin müsbət olduğu açıqlanıb.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, saraydan edilən açıqlamada qeyd edilib ki, şahzadənin həyat yoldaş Kamilanın da testdən keçdiyi və nəticəsinin mənfi olduğu qeyd edilib.

Onların hər ikisinin də Şotlandiyadakı Balmoral Mansionda özlərini karantində saxladıqları bildirilib.

Şahzadə Çarlzın anası Kraliça II Elizabetin sağlamlığının yaxşı olduğu, əri Şahzadə Filip ilə birlikdə Vindsor Sarayında olduğu və oğlunu sonuncu dəfə 12 Martda gördüyü ifadə edilib.