Koronavirus bəlası 20 mindən çox can aldı
    • 25-03-2020, 22:31
    • 787

Koronavirus bəlası 20 mindən çox can aldı

Yeni tip koronavirus epidemiyası səbəbindən ölənlərin sayı dünya üzrə 20 min nəfəri keçib.

News24.az "Worldometer.info" saytına istinadən xəbər verir ki, dünyada koronavirus səbəbindən ölənlərin sayı 20,524-ə, yoluxanların ümumi sayı isə 453,130-ya çatıb.

Qeyd edək ki, xəstəlikdən ölən insanların sayına görə İtaliya (7,503) birinci yerdədir.