Rusiya təyyarəsi Qara dənizə düşdü

Rusiya təyyarəsi Qara dənizə düşdü
Dünya

26 mart 2020, 00:36

Mətn ölçüsü

Planlaşdırılmış uçuş keçirən "Su-27" təyyarəsi, ilkin məlumatlara görə, Qara dəniz akvatoriyasına düşüb.


News24.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.


Bildirilir ki, Feodosiyadan 50 km aralıda hava gəmisi qəza siqnalı ötürüb.


Pilotun xilas edilməsi üçün əməliyyata "An26" təyyarəsi və "Mi-8" vertolyotu, sualtı qayıq əleyhinə gəmi,  eləcə də hadisə yerinə yaxın olan mülki gəmilər cəlb olunub.


"Əməliyyatın keçirildiyi ərazidə pilotun axtarışını mürəkkəb meteoroloji amillər əngəlləyir", - Müdafiə Nazirliyinin məlumatında deyilir.