Uhanda koronavirusa ilk O YOLUXUB
    • 26-03-2020, 11:09
    • 626

Uhanda koronavirusa ilk O YOLUXUB

Uhanda koronavirusa yoluxan ilk şəxsin kimliyi açıqlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Huanan dəniz məhsulları bazarında krevet satıcısı olub. Canlı krevet satışı ilə məşğul olan Vey adlı qadının 11 dekabr 2019-cu ildə naməlum səbəbdən hərarəti artıb. Sonradan məlum olub ki, bu, Huanan bazarında yeni növ koronavirus infeksiyası ilə yoluxma halının ilk hadisəsidir.

Həmin qadın temperaturu yüksəldikdə evinin birinci mərtəbəsindəki klinikaya müraciət edib, lakin orada ona kömək etmək mümkün olmayıb. O, 16 dekabr tarisində Huazhong Elm və Texnologiya Universitetinin Sehe Xəstəxanasına müraciət edib.

Araşdırma zamanı koronavirusa yoluxmuş birinci qrupun siyahısının bir nüsxəsini əldə etmək mümkün olub. Bəlli olub ki, yoluxan 24 nəfərin Huanan bazarı ilə əlaqəsi olub. Dörd nəfərin isə eyni ailənin üzvləri olduğu bildirilib.

Bazarla əlaqəsi olmayan ilk yoluxmuş insanlarıın da kimliyi açıqlanıb. Bu dekabr ayının 16-da temperaturu yüksəlmiş Çen olub.

O, həkimlərə maliyyə ilə məşğul olduğunu və bazardan 30 km uzaqda yaşadığını və ora ilə əlaqəsinin olmadığını bildirib. Çen metroya işə gedərkən və ya xəstəxanaya getdikdən sonra koronavirusa yoluxa biləcəyini güman edib.