İranda ölkədaxili səyahətlər QADAĞAN EDİLDİ
    • 26-03-2020, 11:36
    • 541

İranda ölkədaxili səyahətlər QADAĞAN EDİLDİ

İran hakimiyyəti koronavirus səbəbiylə ölkə daxilində səyahət qadağası tətbiq edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə milli qərargahın nümayəndəsi Hüseyin Zülfaqari məlumat verib.

Bildirilib ki, bu addım İranda infeksiyanın yayılmasının mümkün "ikinci dalğası" fonunda həyata keçirilib. Qadağanın şəhər çıxışlarına şamil edildiyi qeyd edilib:"Gəzintiyə çıxmağı planlaşdıranlar bu gündən etibarən səfərlərini ləğv etməlidirlər. Bunu etməyin, çünki bu plana əsasən orada yaşayan insanların bu və ya digər şəhərə qayıda biləcəyi nəzərdə tutulur. Həmin şəhərdə yaşamayanların şəhərə girməsinə icazə verilmir".