Koronavirusa görə amnistiya - BU CİNAYƏTLƏR BAĞIŞLANMAYACAQ
    • 26-03-2020, 11:51
    • 546

Koronavirusa görə amnistiya - BU CİNAYƏTLƏR BAĞIŞLANMAYACAQ

Türkiyədə koronavirusun yayılması ilə əlaqədar hökümət məhbuslar üçün əfv qanunu hazırlayır.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan və Nazirlər Kabineti üzvləri "Əfv Qanunu" üçün gərgin iş aparır. 

İlk müzakirə prezident Ərdoğan və ədliyyə naziri Abdulhamit Gül arasında aparılıb. Epidemiya səbəbiylə telekonferans yolu ilə keçirilən iclasda prezident məsələ ilə bağlı mövqeyini açıq şəkildə bildirib. O qeyd edib ki, 4 cinayətin "Əfv Qanunu"ndan xaric edilməsini və bağışlanmamasını tələb edib.

Əldə edilən məlumata görə, R.T.Ərdoğan terror cinayətləri, cinsi cinayətlər, qətl və narkotik cinayətlərini törədənləri istisna edilməsini istəyib.