Koronavirusdan qorxub İNTİHAR ETDİ

Koronavirusdan qorxub İNTİHAR ETDİ
Dünya

26 mart 2020, 12:16

Mətn ölçüsü

Koronavirus səbəbiylə izolyasiya olunacağından qorxan qız intihar edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib. 19 yaşlı ofisiant işləyən Emili Ouen intihar etməzdən öncə ailəsinə və dostlarına insanların koronavirusdan deyil, izolyasiya və karantin qorxusundan öləcəklərini deyib. 

Otağından çıxmayan gənc qızın cəsədi bacısı tərəfindən aşkar edilib. Onun psixotrop dərmanlar içərək intihar etdiyi bildirilib.