600 otelin 2 min otağı koronavirusla mübarizə aparan HƏKİMLƏRƏ AYRILDI
    • 27-03-2020, 13:07
    • 819

600 otelin 2 min otağı koronavirusla mübarizə aparan HƏKİMLƏRƏ AYRILDI

Koronavirusla mübarizə aparan həkimlərin ailə üzvlərini yoluxdurmaması üçün yeni qərar qəbul edilib.

News24.az "Sözcü"yə istinadən xəbər verir ki, bu barədə İstanbul Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu məlumat verib. Bildirilib ki, şəhərdəki 600 otel  ilə danışıqlar aparılıb:"Səhiyyə işçilərimizin ailələrini də qorumalıyıq. Evlərindən kənarda və işlədikləri xəstəxanalara yaxın məsafədə olan otellərdə qorunmalaır üçün razılığa gəldik. Ümumilikdə 2000 otağın tibb işçilərinin istifadəsinə veriləməsinə nail olduq".