Koronavirusa yoluxan Ermənistan hərbçilərinin SAYI ARTDI
    • 27-03-2020, 14:49
    • 839

Koronavirusa yoluxan Ermənistan hərbçilərinin SAYI ARTDI

Ermənistanda koronavirusa yoluxmuş hərbçilərin sayı artıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə koronavirusa yoluxan hərbçilərin sayı 5 nəfərə çatıb:"Üç hərbçidə koronavirus aşkar edildikdən sonra hərbi hissədə 37 nəfər testdənkeçirildi. Test nəticəsində, daha iki hərbi qulluqçuda koronavirus aşkarlanıb, 35-nin nəticələri mənfi oldub". 

Qeyd edək ki, koronavirusla mübarizə üçün Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib.