Fransada karantin müddəti artırıldı
    • 28-03-2020, 00:47
    • 605

Fransada karantin müddəti artırıldı

Fransada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin müddəti aprel 15-dək uzadılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Eduard Filip açıqlama yayıb. Onun sözlərinə görə, zərurət olarsa, Fransada karantin müddəti növbəti dəfə artırıla bilər.

Baş Nazir vətəndaşlara xəbərdarlıq edib ki, karantin qaydalarına riayət etməyənlər ciddi şəkildə cəzalandırılacaq.