Türkiyədə ölkədaxili uçuşlara MƏHDUDİYYƏTLƏR QOYULACAQ
    • 28-03-2020, 11:41
    • 698

Türkiyədə ölkədaxili uçuşlara MƏHDUDİYYƏTLƏR QOYULACAQ

"Türk Hava Yolları" koronavirusla bağlı daxili uçuşlara məhdudiyyətlər qoyulacaq.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, Türk Hava Yolları'nın (THY) baş direktoru Bilal Ekşi koronavirusla mübarizə tədbirləri çərçivəsində bu gecə saat 23.59 tarixindən etibarən İstanbul və Ankaradan bəzi böyük şəhərlərə daxili uçuşların məhdudlaşdırılacağını bildirib.

O qeyd edib ki, daxili üçüş tarifləri gün ərzində hazırlanacaq və elan ediləcək.