Pandemiya nə qədər davam edəcək?- ÜST-dən AÇIQLAMA
    • 28-03-2020, 13:34
    • 687

Pandemiya nə qədər davam edəcək?- ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan, COVID-19 pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib.

News24.az “RİA Novosti”yə istinadən xəbəb verir ki, onun sözlərinə görə, hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin etmək mümkün deyil:

"Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – rəhbər bildirir.

Martın 11-də ÜST yeni COVID-19  infeksiyasını pandemiya elan etdi. Son məlumata görə, indiyədək dünyada 465 mindən çox insan yoluxub, 21 mindən çox insan isə dünyasını dəyişib.