ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötdü
    • 28-03-2020, 18:43
    • 668

ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 1 711 nəfərdir.


News24.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 104,8 mindir.


Nyu-York şəhəri ölüm hallarının sayına görə liderdir. Burada 450 nəfər koronavirusun qurbanı olub. İkinci yerdə 125 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.


ABŞ-da COVID-19 infeksiyasından sağalanların sayı 894 nəfərdir.