Rusiya bütün ölkələrlə sərhədlərini bağladı
    • 28-03-2020, 18:47
    • 576

Rusiya bütün ölkələrlə sərhədlərini bağladı

Rusiya bütün ətraf ölkələrlə sərhədlərini bağlayıb.  


News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat dərc olunub.  


Qərara görə, ətraf ölkələrlə olan bütün quru, su, çay, avtomobil, piyada keçid məntəqələri, həmçinin Rusiya – Belarus sərhədi müvəqqəti bağlanıb.  


Buna ölkədə koronavirusun yüksək sürətlə yayılması və yoluxan şəxslərin sayının artması səbəb olub.