Dünya üzrə koronavirusa yoluxma 634 mini ötdü - 24 saatda 3464 nəfər öldü
    • 29-03-2020, 23:14
    • 918

Dünya üzrə koronavirusa yoluxma 634 mini ötdü - 24 saatda 3464 nəfər öldü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada qeydə alınan koronavirus infeksiyasının statistikasını açıqlayıb.

News24.az xəbər verir ki, ÜST-ün rəsmi saytında yayımlanan rəqəmlərə görə, dünya üzrə yoluxma hallarının sayı 634835-dir.

Təşkilatın məlumatına görə, sutka ərzində 63159 nəfər yeni bir növ koronavirusa yoluxub, son 24 saatda 3464 nəfər ölüb.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infejsiyasını pandemiyası ilə bağlı elan edib.