Çində sərnişin qatarı RELSDƏN ÇIXDI
    • 30-03-2020, 10:50
    • 651

Çində sərnişin qatarı RELSDƏN ÇIXDI

Çində sərnişin qatarının bir neçə vaqonu relslərdən çıxaraq aşıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, qatar Çzinan şəhərindən Quançjou istiqamətində hərəkət edib. Hadisə yerli vaxtla saat 11.40-da Hunan əyalətinin Çençjou şəhər rayonunda baş verib.

İlkin məlumatlara görə, vaqonlıarın relslərdən çıxmasına səbəb sürüşmə olub. Qatarın ikinci-altıncı vaqonları relslərdən çıxıb.

Qatarda olan sərnişinlərin sayı və yaralananlar barədə məlumat verilmir.

Axtarış-xilasetmə əməliyyatı davam edir, araşdırma aparılır.