Marneulidə 12 nəfər koronavirus ehtimalı ilə səhra xəstəxanasına yerləşdirildi
    • 30-03-2020, 13:32
    • 657

Marneulidə 12 nəfər koronavirus ehtimalı ilə səhra xəstəxanasına yerləşdirildi

Gürcüstanın Marneuli rayonunda yaradılan səhra xəstəxanasına 12 pasiyent yerləşdirilib.

Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, Tbilisidən 7 pasiyentin kronavirus testinin cavabı gözlənilir.

Qubernator Marneuli əhalisi arasında ərzaq yardımı ilə bağlı yaranan narazılıqlara da münasibət bildirib. 

O deyib ki, yardım kampaniyası hamıya aid deyil: “Bu günə qədər sosial cəhətdən həssas qruplara daxil olan 1 000 ailə ərzaq yardımı ilə təmin olunub. Bu yardımı hamının alacağı ilə bağlı yanlış gözləntilər var”. /report/